cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ançelotti Marko van Bastenə iradını bildirib

21.01.2017 14:16 Oxundu 2270

"Bavariya"nın baş məşqçisi Karlo Ançelotti FİFA-nın texniki inkişaf üzrə direktoru Marko van Bastenin futbolda bir sıra qayda dəyişikliyi ilə bağlı səsləndirdiyi təklifə münasibət bildirib. O deyib: "Mən Marko van Bastenlə ötən ay görüşdüm. Nahar vaxtı ona dedim ki, əgər futbol ofsaydsız olsa, bu başqa bir idman növü olacaq. Əgər onlar başqa idman növü ortaya qoymaq istəyirlərsə, bunu bizə desinlər. Ofsaydı aradan qaldırmaq çox mürəkkəb bir işdir. Mən ümumilikdə yeni qaydaların əleyhinə deyiləm. Amma ilk növbədə onları sınaqdan keçirmək lazımdır. Onu da deyim ki, yeni qaydalar mənim üçün deyil, yeni nəsil üçündür".