cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ" bu gün "Atırau" və "Termalika" ilə qarşılaşacaq

22.01.2017 09:25 Oxundu 1965

“Qarabağ" Antalya toplanışı çərçivəsində bu gün növbəti 2 yoxlama oyununu keçirəcək. Komandamızın ilk rəqibi Qazaxıstanın "Atırau" komandası olacaq. Bu qarşılaşma Bakı vaxtıyla saat 16:30-da start götürəcək.Günün ikinci qarşılaşmasında isə "Qarabağ"ın rəqibi Polşanın "Termalika" klubu olacaq. Bu qarşılaşma isə Bakı vaxtıyla saat 18:30-da start götürəcək.