22.01.2017 15:01
1915
1915
"Şapekoense"nin "Palmeyras" komandası ilə keçirdiyi yoldaşlıq görüşü qollu bərabərliklə (2:2) başa çatıb.
Qeyd edək ki, bu, "Şapekoense"nin məlum təyyarə qəzasından - ötən ilin 29 noyabrından sonra keçirdiyi ilk matçı idi.
Xatırladaq ki, noyabrın 29-da baş verən qəza nəticəsində 71 nəfər həlak olub. Cənubi Amerika kubokunun final oyunu ilə əlaqədar Kolumbiyanın “Atletiko Nasional” klubu ilə qarşılaşmaq üçün Medelin şəhərinə uçan “Şaoekoense” klubunun 19 oyunçusu, eləcə də texniki heyət üzvləri də qəza nəticəsində həlak olub.