cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Bobbi Çarlton: "Runinin bu uğuruna sevinirəm"

22.01.2017 15:21 Oxundu 2345

İngiltərə Premyer Liqasının 22-ci turunda "Stok Siti" ilə qarşılaşan (1:1) "Mançester Yunayted"in futbolçusu Ueyn Runi tarixi nəticəyə imza atıb. Oyunun 90+4-cü dəqiqəsində fərqlənən hücumçu "qırmızı şeytanlar"ın heyətində 250-ci qolunu vurub. O, bununla komandasını məğlubiyyətdən xilas etməklə yanaşı, həm də klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) geridə qoyub (Qeyd edək ki, 31 yaşlı futbolçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir).

Bu münasibətlə onu təbrik edənlərin arasında Bobbi Çarlton da olub. O deyib: "Mən Runinin bu uğuruna sevinirəm. O tarixdə qalmağa layiqdir. Runi klubun və ölkənin əfsanəsidir. Ona görə ki o, həm "Mançester Yunayted"in həm də İngiltərə millisinin ən yaxşı bombardiridir". O daha sonra deyib: "Mən 35 yaşım olanda futboldan ayrıldım. Runinin isə 31 yaşı var. O hələ çox qollar vuracaq. Mənə elə gəlir ki, yaxın illərdə kimsə onun rekordunu qıra bilməyəcək".