cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Atırau" ilə bacarmadı, amma “Termalika"nı uddu

22.01.2017 19:25 Oxundu 2039

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ" bu gün iki yoxlama oyunu keçirib. Ağdam klubunun ilk rəqibi Qazaxıstanın "Atırau" komandası olub. Bu oyunda Qurban Qurbanovun futbolçuları 0:1 hesabı ilə uduzub.

Günün ikinci qarşılaşmasında isə "Qarabağ" Polşa yüksək liqa təmsilçisi "Termalika" (hazırda turnir cədvəlində 4-cü yeri tutur) klubu üz-üzə gəlib. Matç Ağdam klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb

Yoxlama matçı

22 yanvar

“Qarabağ” – “Atırau” (Qazaxıstan) - 0:1

“Qarabağ”: 13. İbrahim Şehiç, 10. Muarem Muarem, 11.Mahir Mədətov, 3. Eltun Turabov, 4. Elçin Rəhimli, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 23. Elgün Uluxanov, 91. Coşqun Diniyev

“Qarabağ” – “Termalika” (Polşa) - 3:2

Qollar: Ağabala Ramazanov, 5, Dino Ndlovu, 13, Bədavi Hüseynov, 76 - Bədavi Hüseynov, 27 (öz qapısına)

“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Dino Ndlovu, 8. Miçel, 15. Rahid Əmirquliyev, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 99. Dani Kintana, 44. Ağabala Ramazanov