22.01.2017 20:48
1867
1867
"Qarabağ" bu gün iki yoxlama oyunu ("Qarabağ" - "Atırau" 0:1, "Qarabağ" - "Termalika" 3:2) keçirərək təlim-məşq toplanışına yekun vurdu. Baş məşqçi Qurban Qurbanov bugünkü oyunlar və təlim-məşq toplanışı ilə bağlı öz fikirlərini bildirib: "Hər iki oyundan razı qaldım. Futbolçular son ana qədər vuruşdular, mübarizə apardılar. Ümumiyyətlə, təlim-məşq toplanışından razı qaldım, hər bir futbolçu işlərinə ciddi yanaşdılar, yaxşı hazırlaşdıq. Hələ tam olaraq hazır deyilik, bir neçə tur sonra komanda tam hazır olacaq. Çalışdıq ki, bu toplanışı maksimum şəkildə yaxşı dəyərləndirək".