22.01.2017 20:54
1984
1984
“Zirə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Paytaxt təmsilçisi Bolqarıstan klubu “Lokomotiv”lə üz-üzə gəlib. Son dəqiqələrdə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol matçda yeganə olub və “Zirə” yoxlama oyununda məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, “Zirə” ilk hazırlıq oyununda Qırğızıstanın “Dordoy” klubuna qalib gəlib – 2:1.
Yoxlama oyunu
22 yanvar
“Zirə” – “Lokomotiv” (Bolqarıstan) - 0:1