cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

“Barselona” “Eybar”ı ilə darmadağın edib

23.01.2017 07:06 Oxundu 2326

İspaniya La Liqasında 19-cu tura yekun vurulub.

İspaniyanın “Barselona” komandası La Liqanın 19-cu turunda səfərdə “Eybar” komandasını 4:0 hesabı ilə darmadağın edib. Oyun “Barselona”nın “qızıl üçlüyü”nün – Lionel Messi, Luis Suares və Neymarın gözəl oyunu ilə yadda qalıb. Kataloniya təmsilçisinin ilk qolunu matçın 31-ci dəqiqəsində Denis Suarez vurub. Fasilədən sonra oyunda üstünlüyü tamamilə ələ alan “Barselona”nın heyətində Lionel Messi (50), Luis Suarez (68) və Neymar (90+1) “Eybar” üzərində çoxqollu qələbəni rəsmiləşdiriblər.

Bu matçda vurduğu qol Neymarın “Barça”nın heyətində 94-cü qolu olub. Bununla da o, həmyerlisi Ronaldinyonun “Barselona”dakı göstəricisini təkrarlayıb. Ronaldinyo 94 qolu 207 oyunda vurduğu halda, Neymar buna 164 oyunda nail olub.

“Eybar” üzərində qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Barselona” bir oyun az keçirən “Real Madrid”dən iki, “Sevilya”dan isə bir xal geridədir.

Bu tur çərçivəsində yanvarın 21-də lider “Real Madrid” “Santyaqo Bernabeu”da “Malaqa”nı (2:1), “Sevilya” isə səfərdə autsayder “Osasuna”nı (4:3) məğlub edib.

İspaniya La Liqası

XIX tur

20 yanvar

“Las Palmas” – “Deportivo” – 1:1

Qollar: Mateo Qarsiya, 13 - Florin Andone, 69.

21 yanvar

“Espanyol” – “Qranada” – 3:1

Qollar: Xose Antonio Reyes, 11. Pablo Piatti, 33. Markos Navarro, 49 - Andreas Pereyra, 23.

“Real” – “Malaqa” - 2:1

Qollar: Ramos, 35, 43 - Xuanpi, 63

“Alaves” – “Leqanes” - 2:2

Qollar: Laqardiya, 15, Mendez, 51 - Gerrero, 45, İnsua, 84

“Vilyarreal” – “Valensiya” - 0:2

Qollar: Soler, 35, Mina, 42

22 yanvar

“Osasuna” – “Sevilya” - 3:4

Qollar: Leon, 15, İborra, 63 (öz qapısına), Kodro, 90+3 - İborra, 43, 65, Vazgez, 80, Sarabia, 90+2

“Atletik” – “Atletiko” - 2:2

Qollar: Lekue, 42, De Markos, 56 - Koke, 3, Qrizman, 80

“Betis” – “Sportinq” - 0:0

“Real Sosyedad” – “Selta” - 1:0

Qol: Xuanmi, 72


“Eybar” – “Barselona” - 0:4

Qollar: Denis Suarez, 31, Messi, 50, Luis Suarez, 68, Neymar, 90+1

Turnir cədvəli

1.

Real Madrid

18

13

4

1

48:17

43

2.

Sevilya

19

13

3

3

42:25

42

3.

Barselona

19

12

5

2

51:17

41

4.

Atletiko

19

10

5

4

34:16

35

5.

Real Sosyedad

19

11

2

6

31:25

35

6.

Vilyareal

19

8

7

4

26:14

31

7.

Atletik

19

8

5

6

24:21

29

8.

Selta

19

8

3

8

29:33

27

9.

Espanyol

19

6

8

5

25:26

26

10.

Eybar

19

7

5

7

25:28

26

11.

Las Palmas

19

6

7

6

28:30

25

12.

Alaves

19

5

8

6

17:20

23

13.

Betis

19

6

4

9

20:30

22

14.

Malaqa

19

5

6

8

27:33

21

15.

Valensiya

18

5

4

9

28:33

19

16.

Deportivo

19

4

7

8

24:29

19

17.

Leqanes

19

4

6

9

15:31

18

18.

Sportinq

19

3

4

12

19:37

13

19.

Qranada

19

1

7

11

16:42

10

20.

Osasuna

19

1

6

12

20:42

9