2197
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununa çıxıb.Roman Qriqorçukun komandası Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb. Hesabı Filip Ozobiç açıb. İlk yarı bu hesabla bitib. İkinci hissədə ArazAbdullayev fərqi artırıb. Rəqib 89-cu dəqiqədə fərqi azaltsa da, bu, "Qəbələ"nin qələbəsinə mane olmayıb. Oyun "qırmızı-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qarşılaşma "Qəbələ"nin Antalyada 4-cü - sonuncu sınağı olub.
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Albaniyanın “Partizani” (1:2), Rumıniyanın “Qaz Metan” (1:0) və Qazaxıstanın “Ordabası” (0:0) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
24 yanvar
“Qəbələ” – “Şkendiya” (Makedoniya) - 2:1
Qollar: Filip Ozobiç, 38, Araz Abdullayev, 77 - Yuri Çolak, 89
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 20. Rikardinyo, 15. Vitali Vernidub, 88. Tellur Mütəllimov, 34. Ürfan Abbasov, 7. Nika Kvekveskiri, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 10. Ruslan Qurbanov, 9. Sergey Zenyov
Ehtiyat oyunçular: 33. David Piterzkeviç, 21. Roman Hüseynov, 14. Cavid Hüseynov, 77. Araz Abdullayev, 27. Teo Uiks, 30. Ramazan İsayev, 13. Murad Musayev, 29. Hacıağa Hacıyev, 8. Qismət Alıyev, 18. Baqali Dabo, 3. Vojislav Stankoviç