cümə, 16 yanvar 2026

VOLEYBOL

Voleybolçışarımız I dövrənin son matçına bu gün çıxırlar

25.01.2017 07:19 Oxundu 2191

Çempionlar Liqasında III turun oyunlarına start verilib. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən Azərbaycan klubları I dövrənin son matçına bu gün çıxacaqlar. A qrupunda yer alan Super Liqanın gümüş medalçısı “Telekom” “Modena”nın qonağı olacaq. taliyada baş tutacaq matç komandamız üçün heç də asan alınmayacaq.

Azərbaycan çempionu “Azərreyl” də səfərə qələbə üçün yollanıb. “Dəmiryolçular” Fransada “Sen-Rafael”lə matçda “Fənərbaxça”ya “quru hesablı” məğlubiyyəti unutdurmaq üçün meydana çıxacaqlar. Onlar qalib gəlməklə, turnir cədvəlində mövqelərini də yaxşılaşdıra bilərlər.

Qeyd edək ki, qarşılıqlı razılaşmaya əsasən Fransa və Azərbaycan klubları oyunlarının yerini dəyişiblər. Rəqib ev matçlarını dalbadal Frejyusda keçirdiyndən “Azərreyl”lə qarşılaşma IV turun oyunu hesab edilir.

Çempionlar Liqası

III tur

A qrupu

23:30. “Modena” (İtaliya) – “Telekom” (Azərbaycan)

Hakimlər: İqor Şimpl (Slovakiya), Andyelko Popoviç (Serbiya)

Modena, Palapanini Sarayı

Modena (İtaliya)

2

2

0

6-3

210-197

5

Konegliano (İtaliya)

2

1

1

5-3

192-175

4

Ximik (Polşa)

2

1

1

4-3

161-157

3

Telekom (Azərbaycan)

2

0

2

0-6

122-156

0

IV tur

C qrupu

23:30. “Sen-Rafael” (Fransa) - “Azərreyl” (Azərbaycan)

Hakimlər: Karol Hepp (Lüksemburq), Pasi Hakkaraynen (Finlandiya)

Frejyus, Jan Fransua Krakovski İdman Sarayı

Fənərbaxça (Türkiyə)

2

2

0

6-0

150-103

6

Dabrova Qornitsa (Polşa)

2

1

1

4-4

189-173

3

Azərreyl (Azərbaycan)

2

1

1

3-4

133-169

3

Sen-Rafael (Fransa)

2

0

2

1-6

143-170

0