1858
İsveç millisinin gənc futbolçusu Aleksandr İsak ölkəsində transfer rekordunu qırıb. 9,5 milyon avroya AİK-dən Dortmund "Borussiya"sına satılan 17 yaşlı hücumçu ölkə xaricinə transfer olunan ən bahalı futbolçu olub. Buna qədər isə ən bahlı futbolçu Zlatan İbarhimoviç olub. O, 2001-ci ildə "Malmö"dən "Ayaks"a 8,7 milyon avro qarşılığında keçib.
Qeyd edək ki, Madrid "Real"ının da transfer gündəmində olan gənc futbolçu AİK-in heyətində cari mövsüm 24 oyuna 10 qol vurub.
Onu da deyək ki, Aleksandr İsak "yeni İbrahimoç" də adlandırırılar. Lakin Almaniya millisinin sabiq yarımmüdafiəçisi Şteffen Froynd bu fikirlə razılaşmır: İkinci dərəcəli çempionatda 24 oyunda 10 qol vurmuş 17 yaşlı gənci "İbrahimoç" etməklə heç də düz etmirlər. Mən bunun əleyhinəyəm. Sadəcə gənc oyunçulara üstünlük vermək lazımdır".