25.01.2017 08:58
1930
1930
Argentina yığmasının sabiq baş məşqçisi Dieqo Maradona növbəti dəfə ölkəsinin futbol (AFA) assosiasiyasının rəhbərliyini tənqid edib. Maradona hesab edir ki, Argentina futbolu dərin böhran keçirir, amma AFA bu problemi aradan qaldırmağa kifayət qədər səy göstərmir: "Hazırda AFA-da çalışanlar bu problemi necə həll etməyi bilmirlər. AFFA-nın prezidenti İnfantino mənə deyib ki, AFA AFFA-dan xaric oluna bilər. Belə olan halda isə Argentina yığması və Messi dünya çempionatından kənarda qala bilər. Messi Argentina futbolundakı bütün bəlalara və oğrulara görə cavab vermək məcburiyyətində deyil ki..."