cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Rövnəq Abdullayev...icazə verməyib

25.01.2017 10:48 Oxundu 1851

AFFA prezidenti Rövnəq Abdullayev millimizin baş məşqçisi Robert Prosineçkinin "Bursaspor"a keçidinə icazə verməyib. Bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, xorvatiyalı mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi R.Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müezzinoğlundan kömək istəyiblər.

Qeyd edək ki, R.Prosineçkinin AFFA ilə müqaviləsi bu ilin sonu başa çatır.