cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

"İnyesta - dünya futbolunun emblemidir"

25.01.2017 11:04 Oxundu 1868

"Sevilyanın" baş məşqçisi Xorxe Sampaoli "Barselona"nın yarımmüdafiəçisi Andres İnyestanın ünvanına tərif yağdırıb: "İnyesta yalnız İspaniyanın deyil, həm də dünya futbolunun emblemidir. Biz həmişə düşünürük ki, o, ideal idmançı nümunəsidir. O, bu mükafata layiqdir". Argentinalı mütəxəssis həmçinin bildirib ki, İnyesta peşəkar futbolçu olmaqla yanaşı, İspaniya millisinin insanlıq mücəssiməsidir.

Qeyd edək ki, bu yaxınlarda İspaniya kraliçası Sofiya İnyestaya idman sahəsindəki uğurlarına və vicdanlı oyununa görə mükafata layiq görüb.