25.01.2017 11:54
1791
1791
"Real"ın baş məşqçisi Zinəddin Zidan İspaniya Kubokunun 1/4 final mərhələsinin cavab oyunu ərəfəsində ("Selta" ilə, ilk oyun - 1:2) fikirlərini bölüşüb: "Fiziki baxımından komandada hər şey qaydasındadır, bundan sonra da əzmlə çalışacağıq, bundan narahat deyiləm. Bizim barədə deyilənləri eşidəndə elə təsəvvür edirəm ki, sonuncu pillədə gedirik. İşlər yaxşı gedəndə kənardan hər şey asan görünür. İndi vəziyyət dəyişib. "Selta" ilə cavab oyunu çətin olacaq. Növbəti mərhələyə çıxmaq üçün mütləq qol vurmaq lazımdır. Cütün taleyinin 90 dəqiqə və ya daha uzun vaxtda həll olunması əhəmiyyətli deyil".