cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Biz artıq Prosineçkinin taktikasına, tələblərinə öyrəşmişik"

25.01.2017 12:12 Oxundu 1860

"Məlumatım mediada yazılanlardan artıq deyil. Çünki ordan oxuyuram. Amma onun indiki məqamda millini tərk edib, "Bursaspor"a keçəcəyinə inanmıram. Çünki yığmamız seçmə mərhələyə yaxşı başlayıb, bu nəticəni davam etdirmək şansımız var. Belədə onun buradan ayrılacağı real görünmür. Qalacağına və milli ilə yoluna davam edəcəyinə inanıram". Bu sözləri "Qarabağ" klubunun yarımmüdafiəçisi Qara Qarayevin apasport-un: "Bu arada, yığmanın baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" komandasına keçəcəyi gündəmdədi. Bu haqda nə düşünürsüz?" sualına cavab verərkən deyib. "Ayrılası olsa, gedişi komandaya təsir edəcəkmi?" sualına isə o, belə cavab verib: "Əlbəttə, təsir edəcək. Biz artıq onun taktikasına, tələblərinə öyrəşmişik. Prosineçkinin yerinə başqa məşqçi gəlsə, müəyyən müddət problemsiz ötüşməyəcəyik, çətinliklər olacaq".