cümə axşamı, 30 aprel 2026

DÜNYA FUTBOLU

Dəyirmi masaya onlar da dəvətlidirlər

25.01.2017 12:20 Oxundu 1967

Bu gündən etibarən İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa keçiriləcək. Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələrinin qatılacağı tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcək.

Tədbir yanvarın 26-da başa çatacaq.