25.01.2017 14:55
2176
2176
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinə yeni böyük məşqçi təyin olunub. Bu vəzifə Rəşad Əhmədova həvalə olunub.
Qeyd edək ki, buna qədər komandanın böyük məşqçisi Elnur Amanov idi. O, qadınlardan ibarət yığmaya baş məşqçi təyin olduqdan sonra həmin vəzifə boş qalmışdı.
Əlavə edək ki, Rəşad Əhmədov bir neçə dəfə dünya və Avropa çempionatının mükafatçısı olub.