25.01.2017 19:49
2091
2091
"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun 28 yaşlı braziliyalı hücumçunun sabah Super Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcəyini bildirib. Təcrübəli mütəxəssis danışıqların yekunlaşmaq üzrə olduğunu deyib:
"Bir neçə klub Reynaldo ilə maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Sabah agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo sabah tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq" (newsport.az).