çərşənbə, 21 yanvar 2026

DÜNYA FUTBOLU

Roman Noyştedter "sarı lacivərdlilər"dən biri oldu

06.07.2016 15:22 Oxundu 1871

"Fenerbaxça" Rusiya millisinin üzvü Roman Noyştedterin transferini yekunlaşdırıb. Klub yarımmüdafiəçi 3 illik müqaviləyə imza atıb. Noyştedter 2012-ci ildən çıxış etdiyi "Schalke"ni azad agent kimi tərk etdiyindən "sarı lacivərdlilər" transferə görə xərc çəkməyib. Futbolçu deyib: "Fenerbaxça"nin formasını geyindiyimə görə xoşbəxtəm". 28 yaşlı havbek "Galatasaray"dan təklif alıb-almaması barədə sualı da cavablandırıb:"Futbolda bir çox şaiyələr yayılır. Başqa klublardan da təklif almışdım. Amma danışıqlar apardığım yeganə türk komandası "Fenerbaxça" idi". Rusiya millisinin futbolçusu yeni klubunda 33 nömrəli forma ilə çıxış edəcək.