2151
İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Selta"nın qonağı olan "Real" meydandan 2:2-lik heç-heçə ilə ayrılıb. İlk matçda öz meydanında 1:2 hesabı ilə uduzan Madrid klubu kubokla vidalaşıb. Oyundan sonra açıqlama verən Realın baş məşqçisi Zinəddin Zidan deyib: "Oyuna görə belə nəticə əldə etməməli idik. İlk 35 dəqiqə əla oynadıq, buraxılan qol isə... Amma biz yenə ruhdan düşmədik. Sonadək yaxşı oyun nümayiş etdirdik. Rəqib təbrik edirəm. Yaxşı oyun sərgiləməyimiz müsbət məqamdır. Ancaq kubokla vidalaşdıq. İndi dincəlmək və Premyer Liqanın oyunları barədə düşünmək lazımdır. Çempionlar Liqasında da mübarizə aparmaq lazımdır. Bu oyun geridə qalmalıdır, bazar günü isə bizi yeni oyun gözləyir".