cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Klopp hakimdən narazılıq etdi

26.01.2017 08:25 Oxundu 2093

İngiltərə Liqa kubokunda ilk finalçı müəyyənləşib. Belə ki, birinci oyunda "Liverpul"u 1:0 hesabı ilə məğlub edən "Sautgempton" səfərdə də eynihesabla qalib gəlməklə finala yüksəlib.

"Liverpul"un baş məşqçisi Yurgen Klopp bu məğlubiyyətə görə matçın hakimi Martin Atkinsonu günahlandırıb: "Hakim əllə oynayan oyunçunu görmədi. "Mançester Yunayted"lə oyunda da ofsayddan qapımıza qol vuruldu, amma buna görə heç kim heç nə demədi. Bu oyunda da bizim xeyirimizə penalti var idi, lakin yenə də heç kim heç nə demədi. Həqiqətən də, yaxşı oynadıq. Bizdə çoxlu əla şanslar oldu, amma uğur qazana bilmədik. Rəqibin isə bəxti gətirdi. Yeddi gözəl məqam oldu. Vurmaq lazım idi, amma biz bunu edə bilmədik, ona görə də uduzduq. Mən oyundan razı, amma nəticədən narazıyam".