cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

AVRO-2019: U-21-imizin rəqibləri kimlər olacaq?

26.01.2017 08:39 Oxundu 2278

Bu gün İsveçrənin Nyon şəhərində 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsinin püşkatması keçiriləcək Bakı vaxtı ilə saat 12:00-da başlayacaq mərasimdə 54 yığma 9 qrupa bölünəcək. Püşk öncəsi komandalar reytinqinə görə 6 səbətə bölünüb. Tədbirdə Azərbaycan millisinin də rəqibləri bilinəcək. Komandamız püşkdən öncə E səbətində yer alıb. Yaşar Vahabzadənin yetirmələri final mərhələsi İtaliyada keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizəni martda başlayacaq.

A səbəti

Almaniya, Portuqaliya, İspaniya, İngiltərə, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya

B səbəti

Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belçika, Polşa, İsveçrə, Sloveniya

C səbəti

Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Monteneqro, Finlandiya

D səbəti

Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya

E səbəti

Litva, Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya

F səbəti

Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San-Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo