2107
Braziliyalı futbolçu Reynaldonun “Qarabağ” karyerası başa çatır. apasport-un məlumatına görə, 2013-cü ildən Ağdam təmsilçisinin uğurları üçün çalışan legioner ölkəmizdə 4 il keçirib. Onun “Qarabağ”dakı ilk oyunu və qolu 2012/13 mövsümünün ikinci yarısına təsadüf edib. Yanvarda transfer olunan Reynaldo 2013-cü il fevralın 2-də “ağ-qara” forma geyinib. O, “Sumqayıt” üzərində 3:0 hesablı ev qələbəsində pay sahibi olub. Belçika “Anderlext”indən gəldiyi vaxt daha çox yarımmüdafiəçi kimi çıxış edən futbolçu qol hesabını aprelin 13-də açıb. “Qəbələ” ilə səfər matçında dubla imza atan cənubi amerikalı 2:0 hesablı qələbənin memarı olub. Ümumilikdə isə Reynaldo “Qarabağ”da 134 matç keçirib. Bunlardan 87-si Premyer Liqa, 12-si kubok, 35-i avrokuboklara təsadüf edib. “Qarabağ”ın əsas qol silahı olan “sambaçı” 4 ildə 61 dəfə rəqib qapılarına yol tapıb. Bu qollardan 43-ü çempionat, 7-si kubok, 11-i avrokubokda qeydə alınıb. Lakin braziliyalının xatirəsində daha 2 oyun və 4 qol da var. Bunlar nəticəsi ləğv olunan və hesabdan silinənlərdi. O, həm “Sumqayıt”, həm də “Araz-Naxçıvan”la görüşlərdə dubl müəllifi olmağı bacarıb.Reynaldo 4 il ərzində bir sıra titullara yiyələnib. Ardıcıl 3 dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində Azərbaycan çempionu, 2014/15 və 2015/16 mövsümlərində isə Azərbaycan kubokunun qalibi olub. 2012/13 mövsümündə çempionatın gümüş mükafatını əldə edən legioner 2013/14 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adına yiyələnib. Azərbaycan klublarında avrokuboklarda ən çox qol vuran futbolçu ünvanı da məhz Reynaldoya məxsusdu.
|
turnir |
oyun |
qol |
|
2012/13 mövsümü |
||
|
Premyer Liqa |
9 |
2 |
|
Kubok |
3 |
0 |
|
2013/14 mövsümü |
||
|
Avropa Liqası |
7 |
5 |
|
Premyer Liqa |
31 |
22 |
|
Kubok |
2 |
2 |
|
2014/15 mövsümü |
||
|
Çempionlar Liqası |
3 |
2 |
|
Avropa Liqası |
6 |
0 |
|
Premyer Liqa |
23 |
10 |
|
Kubok |
4 |
4 |
|
2015/16 mövsümü |
||
|
Çempionlar Liqası |
4 |
1 |
|
Avropa Liqası |
4 |
1 |
|
Premyer Liqa |
14 |
5 |
|
Kubok |
3 |
1 |
|
2016/17 mövsümü |
||
|
Çempionlar Liqası |
4 |
1 |
|
Avropa Liqası |
7 |
1 |
|
Premyer Liqa |
10 |
4 |
|
Kubok |
0 |
0 |
|
CƏMİ |
||
|
Çempionlar Liqası |
11 |
4 |
|
Avropa Liqası |
24 |
7 |
|
Avrokuboklar |
35 |
11 |
|
Premyer Liqa |
87 |
43 |
|
Kubok |
12 |
7 |
|
ÜMUMİ |
134 |
61 |