cümə, 16 yanvar 2026

DİGƏR NÖVLƏR

Bakıda ilk dəfə beynəlxalq hakimlik kurslarının təşkil edilib

26.01.2017 14:53 Oxundu 2193

Yanvarın 26-da Bakıda bədii gimnastika üzrə beynəlxalq hakimlik kursları başlayıb. Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən təşkil olunan kurslar yanvarın 30-dək davam edəcək. Kursların açılışında FIG-in nümayəndəsi Yunis Lebre iştirakçılara təşkilat komitəsinin üzvlərini təqdim edib.

AGF-in baş katibi Fərid Qayıbov ötən həftə Bakıda Beynəlxalq Gimnastika Federasiyasının qitələrarası hakimlik kursunun keçirildiyini xatırladıb. Bədii gimnastika üzrə beynəlxalq hakimlik kurslarının Azərbaycanda ilk dəfə təşkil edildiyini vurğulayan F.Qayıbov iştirakçılara uğurlar arzulayıb. O, kursların uğurla keçəcəyinə ümidvar olduğunu bildirib.

Kurslarda 17 ölkənin milli federasiyasından 58 hakim iştirak edir. Tədbirdə Azərbaycanı 20 hakim təmsil edir.