26.01.2017 15:51
1872
1872
Çinin ən varlı adamı Van Tsyanlin dünya idmanını almağa başlayıb. Forbesin məlumatına görə onun varidatı 33 milyard dollar təşkil edir. O, "Real" "Mançester Yunayted"i almağa hazırlaşmır, ona heç "Atletiko" da lazım deyil. Ona marketinq alveri və yeni liqalarla məşğul olmaq maraqlı gəlir. Son məlumata görə, o, son iki ildə idman sahəsinə 2 milyard dollar sərmayə qoyub.