26.01.2017 18:19
2029
2029
Bu gün Sərhədçi Olimpiya İdman Kompleksində U-15 kiçikyaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyinə start verilib. İki gün davam edəcək yarışın ilk günündə 282 yeniyetmə cüdoçu (281 oğlan, 11 qız) qüvvəsini sınayır. Yarışın birinci günündə qızlar 32 kq, 36 kq, 40 kq, 44 kq çəki dərəcələrində, oğlanlar isə 34 kq, 38 kq, 42 kq, 46 kq və 50 kq çəki dərəcələrində cüdoçular mübarizə aparır.