cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Reynaldo: "Bir gün yenə də Azərbaycana qayıdacağam!”

26.01.2017 18:25 Oxundu 1850

“Qarabağ”dan ayrılaraq Türkiyənin “Adanaspor” klubuna keçməyə hazırlaşan Reynaldo Silva artıq İstanbuldadır. Braziliyalı hücumçu sosial şəbəkədə Azərbaycan dilində paylaşıb edib: “Buradan bütün Azərbaycan xalqını salamlayıram. Orada olduğum müddətdə mənə hər zaman dəstək olan klub rəhbərlərinə, məşqçi heyətinə, komanda yoldaşlarıma, klubda çalışan hər bir kəsə və bütün "Qarabağ" azarkeşlərinə minnətdarlığımı bildirmək istəyirəm. Bu neçə ildə mənə doğmalaşan bir ölkədən ayrılmaq doğrudan da çətindi. Buna baxmayaraq, çox yaxşı təəssüratlarla ayrılıram. Sizləri çox sevirəm, hər zaman ürəyimdə olacaqsız! Allahın köməyi ilə bir gün yenə də Azərbaycana qayıdacam!”

Qeyd edək ki, bugünlərdə Reynaldonun “Adanaspor”la müqavilə imzalayacağı gözlənilir.