cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz” Sahib Abbasovu heyətinə cəlb edib

26.01.2017 18:31 Oxundu 2094

“Kəpəz”in əvəzəedici heyətinə qış fasiləsində bir futbolçu cəlb olunub. “Sarı-göylər” Sahib Abbasov ilə güclənib. Gəncə futbol məktəbinin yetirməsi olan gənc yarımmüdafiəçi ötən mövsüm “Kəpəz”də çıxış etsə də, çempionatın sonunda komandadan ayrılmışdı. Abbasov cari mövsümün ilk yarısını I divizion təmsilçisi “Şəmkir”də keçirib.