2104
İspaniya kubokunda son yarımfinalçının da kimliyinə aydınlıq gəlib. “Alaves”, “Atletiko” və “Selta”nın ardınca “Barselona” da növbəti mərhələyə adlayıb.“Real Sosyedad”ı qəbul edən Kataloniya təmsilçisi ilk görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıb. Qarşılaşma Luis Enrikenin yetirmələrinin 5:2 hesablı qalibiyyəti ilə yekunlaşıb. Nəticədə “Barselona” yarımfinalda oynamaq şansı qazanıb. Qeyd edək ki, İspaniya kubokunun yarımfinal mərhələsinin püşkü bu gün atılacaq.
İspaniya kuboku
¼ final mərhələsinin cavab oyunu
26 yanvar
“Barselona” – “Real Sosyedad” – 5:2
Qollar: Denis Suares, 17, 82; Lionel Messi, 55 (pen.); Luis Suares, 63; Arda Turan, 80 – Xuanmi, 62; Villian Xose, 73
İlk oyun - 1:0
İspaniya kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilir. “Barselona” öz meydanında “Real Sosyedad”la qarşılaşıb.
Səfərdə keçirilən ilk görüşdə 1:0 hesabı ilə qalib gələn Kataloniya klubu bu dəfə də rəqibini üstələyərək (5:2) yarımfinala vəsiqə qazanıb.
“Barselona” – “Real Sosyedad” – 5:2
Qollar: Denis Suares, 17 (1:0), Messi, 55 (2:0), Juanmi, 62 (2:1), Luis Suares, 63 (3:1), Joze, 73 (3:2), Arda Turan, 80 (4:2), Denis Suares, 82 (5:2)