27.01.2017 09:58
1918
1918
“Səbail” Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib. Rəqib Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub. “Arcadia Hotel”in stadionunda baş tutan oyunda birinci divizion təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Komandanın qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.“Səbail” meydana bu əsas heyətlə çıxıb: Rəşad Əzizli, Saşa Yunisoğlu (K), Anar Babayev, Fərid Səmədzadə, Ramazan Abbasov, Orxan Qurbanlı, Aslan Hüseynov, Eltun Yaqublu, Ruslan Tağızadə, Bayram Budaqov, Mirzağa Hüseynpur
Qeyd edək ki, “Səbail” yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə dönəcək.