27.01.2017 11:39
2201
2201
"Alaves"in müdafiəçisi Teo Ernandes bildirib ki, əgər qarşıdakı oyunda - İspaniya çempionatının 20-ci turunda "Atletiko" ya qarşı keçirdikləri matçda qol vursa, o, bunu bayram etməyəcək. Ernandes bunu paytaxt klubunda futbolçu kimi formalaşması və 2015-ci ildən 2016-ci ilədək onun ehtiyat komandasının şərəfini qoruması ilə izah edib: "Mən "Atletiko"nun qapısına qol vuranda heç vaxt bayram etməyəcəyəm. Qəlbində həmişə hiss edirəm ki, "Atletiko" mənim komandamdır. Halbuki indi mən "Alaves"da xoşbəxtəm. Təbii ki, mən və mənim bütün komanda yoldaşlarım həmin oyuna ciddi hazırlaşırlar".
Qeyd edək ki, "Alaves" öz meydanında "Atletiko" ilə yanvarın 28-də görüşəcək.