cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Maradona: "İlk dəfə "Barselona"da narkotik maddələrin dadına baxmışam"

27.01.2017 12:30 Oxundu 1996

"Barselona", "Napoli" və Argentina yığmasınınnın sabiq futbolçusu Dieqo Maradona ilk dəfə narkotik maddədən nə vaxt istifadə etməsindən söz açıb. O deyib ki, "Barselona"nın heyətində çıxış edərkən ilk dəfə narkotik maddənin dadına baxıb: "Mən "Barselona"da oynayarkən narkotikaya meyl salmışam. Onda 24 yaşım var idi. Bu, mənim ən böyük səhvim idi. Narkotik maddələr ən böyük problemdir, o, insanı məhv edir. Yaxşı ki, ondan uzaqlaşa bildim. Əgər onu qəbul etməkdə davam etsəydim, bu günədək yaşamazdım". Maradona həmçinin bildirib ki, o, 13 il narkotik maddələrdən istifadə edib.

Qeyd edək ki, Maradona 1982-1984-cü illərdə "Barselona"da, ondan sonra isə "Napoli"də çıxış edib.