27.01.2017 14:24
2140
2140
"Neftçi” PFK-nın "Tibbi-Bərpa Mərkəzi”nin zədəli futbolçularla bağlı məlumat yayıb. Məlumatda deyilir: 22 yaşlı venesuelalı yarımmüdafiəçi Edson Kastilyo sağ diz oynaq bağının dartılması və hissəvi qopması səbəbindən 3 həftəyədək yaşıl meydanlardan kənarda qalacaq. (Qeyd edək ki, Kastilyo “Neftçi”yə yay fasiləsində “Mineros Quayana” klubundan keçib).Müdafiəçi Elvin Bədəlov diz oynağının iltihabı səbəbindən müalicə olunur. Onun yaxın günlərdə məşqlərə qatılacağı gözlənilir.