27.01.2017 15:06
1905
1905
"Çelsi"nin futbolçusu Branislav İvanoviç karyerasını Rusiyada davam etdirə bilər. Məlumata görə, Serbiya millisinin üzvü, 32 yaşlı futbolçu yaxın günlərdə Mirça Luçeskunun çalışdırdığı "Zenit"lə 3,5 illik müqavilə imzalayacaq. Qeyd edək ki, İvanoviç "Çelsi"yə 2008-ci ildə Moskvanın "Lokomotiv" klubundan transfer olunub.