27.01.2017 15:58
1897
1897
"Barselona"nın yarımmüdafiəçisi Arda Turan kataloniya təmsilçisinin Çempionlar Liqasında qələbə qazanacağı təqdirdə saqqalını qırxdıracağını bildirib. Ardan Turanın belə söz verməsi isə onun bu mövsümdə 13 qol vurması ilə bağlı tvitterdə yerləşdirdiyi məlumat olub. "Barselona"nın qapıçısı Mark Andre ter Şteqen onun bu xəbərinə belə reaksiya verib: "Təbrik edirəm. Əgər 20 qol vursan, saqqalını qırxdıracaqsanmı?" Arda isə ona belə cavab yazıb: "Əgər Çempionlar Liqasının qalibi olsaq, saqqalımı qırxacağam. Əgər bu baş versə sənin də başını qırxacağam". Hələlik qapıçı Ardanı cavabsız qoyub.