1748
“Qəbələ” – “Sumqayıt” – 3:1
(Ramil Hasanov, 52, 68; Tural Məmmərzayev, 82 // Süleyman Piriyev, 14 (p.)
Bu gün əvəzedicilərin çempionatında mövsümün ikinci yarısına start verilib. III dövrə Qəbələdə keçirilən qarşılaşma ilə başlayıb. XV turun ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib. Son 5 oyunda qələbə qazanıb, turnir cədvəlinin zirvəsinə yüksələn Hüseynqulu Quliyevin yetirmələri 2017-ci ilin ilk matçında da seriyasını davam etdirib. Mövsümün ilk yarısında 2 dəfə rəqibə qalib gələn (3:1, 3:2) “qırmızı-qaralar” ev oyununda da 3 xalı 3 qolla qazanıb. Komanda ilk hissədə məğlub duruma düşsə də, fasilədən sonra əzmkarlıq nümayiş etdirib. Ramil Hasanovun dublu və Tural Məmmərzayevin qolu “Qəbələ”yə qələbə bəxş edib – 3:1.
Beləliklə, ardıcıl 6-cı qələbəsini qazanan “Qəbələ” liderliyini qoruyub.
|
1 |
Qəbələ |
14 |
9 |
2 |
3 |
31-14 |
29 |
|
2 |
Neftçi |
14 |
9 |
1 |
4 |
22-15 |
28 |
|
3 |
Qarabağ |
14 |
8 |
3 |
3 |
25-13 |
27 |
|
4 |
Zirə |
14 |
5 |
5 |
4 |
17-14 |
20 |
|
5 |
İnter |
14 |
5 |
4 |
5 |
9-10 |
19 |
|
6 |
Kəpəz |
14 |
3 |
4 |
7 |
13-20 |
13 |
|
7 |
Sumqayıt |
14 |
4 |
1 |
9 |
21-31 |
13 |
|
8 |
AZAL |
14 |
3 |
0 |
11 |
18-39 |
9 |