cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

Ansi Aqolli: "Bizə lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”

27.01.2017 16:52 Oxundu 1896

Premyer Liqanın XV turunda “Qarabağ” yanvarın 29-u saat 17:30-da “Azərsun Arena”da “Neftçi”ni qəbul edəcək. “Qarabağ”ın futbolçusu Ansi Aqolli qarşılaşmada haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Qış fasiləsindən sonra çempionatın ilk oyunudur. Bu baxımdan fərqli qarşılaşma olacaq. Oyuna yaxşı hazırlaşmışıq, bu qarşılaşmada qələbə qazanmağa çalışacağıq. “Neftçi” hər zaman “Neftçi”dir, heyətini qış fasiləsində daha da gücləndirib. Bizi ciddi oyun və çətin mübarizə gözləyir. Bizə lazım olan nəticəni qazanmaq üçün meydana çıxacağıq”.