cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

"Sumqayıt" növbəti transferlərini gerçəkləşdirib

27.01.2017 20:55 Oxundu 2004

"Sumqayıt" növbəti transferlərini gerçəkləşdirib. Klubun yaydığı xəbərə görə, komanda 23 yaşlı yarımmüdafiəçi Fərhad Qıstarovu heyətinə qatıb. Onunla 1.5 illik müqavilə imzalanıb. F.Qıstarov "Sumqayıt"da 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qıstarov "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyub.

"Sumqayıt" U-21 millimizin heyətində çıxış etmiş cinah yarımmüdafiəçisi Sergey Çernışevi də heyətinə qatıb. 27 yaşlı oyunçu ilə 1,5 illik müqavilə imzalayıb. O, "Sumqayıt"da 7 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 1990-cu ildə Bakıda doğulan Çernışev karyerası ərzində, "Rəvan", "Taqanroq" (13 oyun, 4 qol), "Dinamo QTS" (28 oyun, 3 qol), "Lokomotiv" (8 oyun, 1 qol) və "Drujba" (15 oyun, 2 qol) klublarının şərəfini qoruyub.