27.01.2017 21:18
1911
1911
İngiltərə Liqa kuboku yarışında “Sautqempton”a minimal hesabla uduzan “Liverpul” cavab oyununda da eyni hesabla yenilərək, mübarizəni yarımfinalda dayandırıb. “Hall Siti” “Mançester Yunayted” oyununda səfərdə 0:2 hesabıyla məğlub olan “pələnglər” cavab oyununda 2:1 hesabıyla qalib gəlsə də, bu, finala vəsiqə üçün kifayət etməyib. Beləliklə, ümumi hesabda 3:2 qalib gələn Joze Mourinyonun yetirmələri finala vəsiqə qazanıblar. Mankunianlar həlledici oyunda “Sautqempton”la üz-üzə gələcək.