28.01.2017 08:30
1801
1801
İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Arsenal"ın baş məşqçisi Arsen Vengeri 4 oyunluq cəzalandırıb. Buna onun İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində baş verenler olub. Belə ki, qarşılaşmanın son dəqiqələrində “topçular”ın qapısına təyin olunmuş penaltiyə çılğın şəkildə etiraz edən Venger matçın ehtiyat hakimini təhqir edib.Bu səbəbdən meydandan uzaqlaşdırılan fransız onu texniki zonadan çıxarmaq istəyən hakimi də itələyib. A.Venger, həmçinin 25 min funt sterlinq məbləğində cərimələnib.