28.01.2017 10:27
1866
1866
"Anji"də" baxışda olan ukraynalı hücumçu Aleksey Antonov "qartalların" heyətində möhkəmlənmək istədiyini bildirib: "Mən burada hələ ki baxışdayam, ona görə də konkret nəsə deyə bilməyəcəyəm. Mən indi komanda ilə birgə Türkiyədəyəm. "Anji"də möhkəmlənməyə çalışacağam. 2016-cı ilin ikinci yarısında karyeramda baş verənlərin təkrarlanmaması üçün səylə çalışıram. Son vaxtlar mən komanda axtarışında idim. Formamı saxlamaq üçün bir müddət "Dnepr"in əvəzedici komandasında məşqlər etdim.
Bir daha xatırladaq ki, ötən mövsümün sonu "Qəbələ"dən ayrılan ukraynalı hücumçu Aleksey Antonov hazırda Mahaçqalanın "Anji" klubunda baxışdadır.