cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Klopp: "Özümüzə bəraət qazandırmağa çalışmırıq"

28.01.2017 11:11 Oxundu 1772

"Liverpul"un baş məşqçisi Yurgen Klopp yanvar ayındakı uğursuzluqları ilə bağlı fikirlərini bölüşüb. Qeyd edək ki, onun komandası son yeddi oyunda yalnız bir dəfə qalib gəlib: "Məsələ fiziki hazırlıqda deyil. Biz sadəcə yaxşı oynamadıq. "Mançester Yunaytedə qalib gələ bilərdik. "Suonsi"yə də. Amma... Biz özümüzə bəraət qazandırmağa çalışmırıq. 100 faiz əminik ki, bu bizim günahımızdır".