28.01.2017 11:22
1980
1980
"Qarabağ"ın Surinam əsilli sabiq futbolçusu Leroy Corc hazırda şərəfini qoruduğu "Göztəpə" klubundan ayrılmaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat verib. Məlumata görə, 29 yaşlı futbolçu digər I təmsilçisi "Adana Dəmirspor"la anlaşıb. Onun yaxın günlərdə Adana təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Leroy Corc 2013-15-ci illərdə "Qarabağ"da çıxış edib və iştirak etdiyi 59 oyunda 9 qola imza atıb.