cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Rio Ferdinand: "Beyli və Antuanı alardım"

28.01.2017 11:53 Oxundu 1839

"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand bildirib ki, "Mançester Yunayted"in rəsmisi olsaydı, "Real"ın Qaret Beylini və "Atletiko"nun Antuan Qrizmannını komandasına cəlb edərdi: ""Mançester Yunayted"in vəsaiti var, odur ki, mən Beyli və Antuanı alardım. Qaret və Antuan - gözəl futbolçulardır, amma düşünmürəm ki, onları müqayisə etmək yaxşı fikirdir. Onlar müxtəlif üslublara malik futbolçulardır. Beyl hər bir mövqedə - hücumda, sol və sağ cinahlarda da yaxşı oyun sərgiləyiər. O, Avropa çempionatında da bir forvard kimi özünü göstərə bildi".