cümə, 16 yanvar 2026

DÜNYA FUTBOLU

Ronaldinyo: "PSJ həyatımda xüsusi yeri olan komandadır"

28.01.2017 12:22 Oxundu 1824

Məşhur braziliyalı futbolçu Ronaldinyo sabah Fransa Liqasının 22-ci turunda "PSJ" ilə "Monako"nun oyununu izləyəcək. Onu bu oyuna 2001-2003-ci illərdə çıxış etdiyi PSJ klubu dəvət edib. 37 yaşlı futbolçu bununla bağlı verdiyi müsahibəsidə deyib: "PSJ həyatımda xüsusi yeri olan komandadır. Məhz burada mənim Avropa karyeram başlayıb. Mən bu klubu çox sevirəm. Əlbəttə, bura qayıtmaq mənim üçün xüsusi bir hadisədir. PSJ-də yaxşı çıxış edən futbolçuları görmək əladır. Hamıya məlumdur ki, "PSJ" dünyanın ən yaxşı komandalarından biridir. Burada mənim çoxlu dostlarım var: Tyaqo Silva, Motta... Mən burada belə gözəl komanda görməkdən məmnunam. Fəxr edirəm ki, bu böyük klubda mən də iz qoymuşam".

Məlumat üçün bildirək ki, "Barcelona", PSG və "Milan"ın sabiq futbolçusu Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yaponiyada keçirilən dünya çempionatının qalibi olub.

2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək "Qızıl top" mükafatını qazanıb. FIFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.