28.01.2017 16:22
1829
1829
"Xeyli sayda qol imkanlarımız oldu. Amma şanslardan istifadə edə bilmədik". Bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Premyer Liqanın XV turu çərçivəsində keçirilmiş "Qəbələ"-"Sumqayıt" (qarşılaşma 1:1 hesabı ilə nəticələnib) matçından sonra "CBC Sport" telekanalına deyib: "Hələ də hücumun sonluğunda ustalıq səviyyəmiz kifayət qədər yaxşı deyil. Hücumçu transfer etmək istəyirik. Uşaqlara zarafatyana deyirəm ki, mənim yaşda hücumçu istəyirəm, qaçmasın, sadəcə cərimə meydançasında dayansın və qol vursun".
Ukraynalı çalışdırıcı "Qəbələ"də ilk rəsmi matçını keçirən Araz Abdullayev haqda da danışıb: "Arazın böyük potensialı var. Biz birlikdə çalışaraq, bu potensialı açmalıyıq".