cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Qolu gözlədiyimizdən tez vurduq və tez də buraxdıq"

28.01.2017 16:30 Oxundu 1903

“Çətin səfər oyun idi. Özü də qış fasiləsindən sonra səfərdə liderlərindən birinə qarşı oynamaq asan deyildi. Komandada mövqe baxımdan xeyli dəyişiklik etmişik”. Bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 15-ci turunun “Qəbələ”yə qarşı oyunundan (1:1) sonra deyib: “Qolu gözlədiyimizdən tez vurduq və tez də buraxdıq. Biz fikirləşirdik ki, sona yaxın bu qolu vurarıq. Çünki rəqib nəyin bahasına olursa-olsun udmaq istəyirdi. Əks-hücum şansımız oldu, bunun sayəsində də hesabı açdıq. Əfsuslıar olsun ki, qol buraxdıq. Amma çox vacib 1 xal qazandıq. Çoxlu boşluqlarımız var. Uşaqlar bu gün “vuruşdular”. Qapıçımız və müdafiəçilərimiz çox güc sərf etdilər. Deyərdim ki, onların hesabına Qəbələdən 1 xalla qayıdırıq”.

O, komandasının yeni transferləri barədə də danışıb: “Sergey Çernışev ikinci hissədə meydana daxil oldu. Onu vəzifəsi əks hücumlarda fəal iştirak idi. Bunun da öhdəsindən gəldi. Fərhad Qıstarov isə Azərbaycanda yenidir. İlk rəsmi matçında yaxşı oynayacağı gözlənilən deyildi”.