cümə, 16 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” azlıqda qalmasına baxmayaraq... qələbə qazanıb

28.01.2017 18:57 Oxundu 1979

Bu gün əvəzedici heyətlərin ölkə birinciliyinin XV turun oyunları keçirilib. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi”ni qəbul edib. “Qarabağ” matçın 13-cü dəqiqəsində azlıqda qalıb, futbolçu Eltun Turabov qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İlk hissədə “Qarabağ” qol epizodları yaratsa da, bu fürsətlərdən istifadə edə bilməyib və ilk hissə qolsuz başa çatıb. İkinci hissədə də “Qarabağ” oyuna nəzarəti ələ alıb. Matçın 74-cü dəqiqəsində Riçard Almeyda hesabı açıb. Bu qoldan 13 dəqiqə sonra rəqib hesabı bərabərləşdirib. Matça əlavə olunmuş sonuncu dəqiqədə Almeyda möhtəşəm zərbəylə oyunda son nöqtəni qoyub. “Qarabağ” azlıqda qalmasına baxmayaraq, bu matçda 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” bu qələbəylə xallarının sayını 30-a çatdıraraq ikinci pilləyə yüksəlib.

Xatırladaq ki, bu gün keçirilən digər görüşdə "Zirə" doğma meydanda AZAL-a 2:1 hesabı ilə qalib gəlib.

28 yanvar

Əvəzedicilərin çempionatı, 15-ci tur

"Qarabağ" - "Neftçi" - 2:1
Qollar:
Riçard Almeyda, 74 (1:0), Aqşin Qurbanlı, 87 (1:1), Riçard Almeyda, 90+3 (2:1)

“Zirə” - AZAL – 2:1
Qollar
: Tapdıq Əhmədov, 25 (1:0), Murad Səttarlı, 49 (2:0), Seyidrəzi Ağayev, 78 (2:1)