1904
Azərbaycan Premyer Liqasının XV turunda "Kəpəz"i qəbul edən "bankirlər" meydandan 4:1 hesablı qəbələ ilə ayrılıblar. Gürcüstanlı mütəxəssis - "İnter"in baş məşqçisi Zaur Svanadze qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında bu qələbədən məmnun olduğunu dilə gətirib. O həmçinin komandasını sponsorsuz qalmasına da münasibət bildirib: "Sponsorlar nə qərar verirlərsə, bu, onların öz işidir. Bizim işimiz meydana çıxıb, oyunumuzu göstərməkdir. Müqaviləmiz var, öz işimizi görürük. Sabah nə olacaq, bunu indidən demək olmaz. Mövsümün sonuna qədər komandanı 3 və ya 4-cü yerdə saxlamaq istəyirik. Təbii ki, indiki vəziyyətdə hədəf 3-cülükdü". O, sponsor məsələsində ümidsiz olmadığını da söyləyib: "Yəqin ki, gec-tez sponsor tapılar".